İran ordusu xüsusi hava hücumundan müdafiə təlimində ilk dəfə yerli istehsal “Bavar-373” kompleksindən istifadə edib.
Publika.az xəbər verir ki, təlimlə bağlı ordudan verilən açıqlamada sistemin düşmən hədəflərini vurmağı bacardığı bildirilib.
“Fars” infromasiya agentliyi “Bavar-373” sisteminin ilk dəfə İran hava məkanı üzərindən düşmənin hədəflərini vurmağı bacardığını yazıb.
Qeyd edək ki, “Bavar-373” ölkənin hava müdafiə sənayesi mütəxəssisləri və ordunun hava hücumundan müdafiə qüvvələrinin əməkdaşlığı çərçivəsində ərsəyə gətirilən ilk yerli və ən uzunmənzilli müdafiə sistemidir.
Zümrüd