Obama prezident seçkilərində bu şəxsi dəstəklədi

23 Oktyabr 2020 09:00 (UTC+04:00)

ABŞ-ın sabiq prezidenti Barak Obama Pensilvaniya ştatında demokratların prezidentliyə namizədi olan Co Baydenə dəstək nümayiş etdirib.

Publika.az xəbər verir ki, eks-prezident əlinə meqafon alaraq Bayden üçün xalqdan səs istəyib.

Bildirək ki, 2016-cı ildə Tramp Pensilvaniya ştatında qələbə çalmışdı. Pensilvaniya ABŞ seçkilərində mühüm əhəmiyyət daşıyan əyalətlər sırasındadır.

Qeyd edək ki, ABŞ-da 3 noyabrda prezident seçkiləri keçiriləcək.

Qalan müddət ərzində Donald Tramp və Co Bayden seçicilərə vədlərini çatdırmağa davam edir.