Türkiyə yeni hərbi təyyarələrini sınaqdan keçirdi

25 Oktyabr 2020 08:45 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri arsenalını milli istehsal olan hərbi texnika ilə gücləndirməkdə davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi “P-72” tipli hərbi təyyarələrinin uçuş testinin aparıldığını açıqlayıb.

Bildirilir ki, bu təyyarənin hazılanması “Meltem-3” layihəsi çərçivəsində həyata keçirilib.