Tədris mərkəzində TERROR AKTI: 18 ölü, 57 yaralı - FOTO

25 Oktyabr 2020 12:29 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Kövsər Danış Tədris Mərkəzinə terror aktı təşkil olunub.

Publika.az xəbər verir ki, nəticədə 18 nəfər həlak olub.

Ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aryen mediaya açıqlamasında 57 nəfərin xəsarət aldığını bildirib.

Hücumun məsuliyyətini Taliban qruplaşması öz üzərinə götürməyib. “Röyters” hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyini yazıb.