İslam ölkələri ayağa qalxdı - Fransaya genişmiqyaslı hücum

26 Oktyabr 2020 12:00 (UTC+04:00)

Fransa hökumətinin bir çox rəsmi saytları kiberhücumlara məruz qalıb.

Publika.az xəbər verir ki, Prezident Emmanuel Makron və hökumətinin İslam dininə qarşı mövqeyi və Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları dəstəkləməsindən sonra ölkənin bir çox ictimai təşkilatlarının hücuma məruz qaldığı bildirilir.

Qeyd edək ki, bir çox İslam ölkəsi buna reaksiya olaraq Fransa məhsullarını boykot edir.