Ermənistanda yüksək vəzifəli məmur işdən çıxarıldı

26 Oktyabr 2020 18:00 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı işdən çıxarılıb.

Publika.az bu barədə “Aysor”a istinadən xəbər verir.

Bildirilib ki, Ermənistan prezidenti Armen Sarkisyan Vaqinak Sarkisyanın vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb.