ÜST koronavirusla bağlı Avropaya SƏSLƏNDİ

27 Oktyabr 2020 08:36 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, Avropa ölkələri COVID-19 infeksiyası ilə mübarizəni aktivləşdirməlidir.

Publika.az xəbər verir ki, bu barədə ÜST-ün fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan bildirib.

"İndi biz (virusla mübarizədə-red) əhəmiyyətli dərəcədə geri qalırıq. Ona görə də Avropada qabaqlayıcı işlər üçün bir sıra tədbirlər görməliyik", - Rayan bildirib.

Mütəxəssis vurğulayıb ki, Avropa ölkələri məhdudiyyətlərdən qaça biləcək.