Düşmən Tərtəri "Smerç" raketlərilə atəşə tutdu

28 Oktyabr 2020 11:19 (UTC+04:00)

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

Xəsarət alanlar yoxdur.