Moskvada daha 66 nəfər koronavirusdan öldü

29 Oktyabr 2020 04:44 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 66 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 66 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 6 644 nəfərə çatıb.