Bu ölkədə övladına Məhəmməd adını verən mükafatlandırılacaq

29 Oktyabr 2020 08:12 (UTC+04:00)

Çeçenistanda yeni doğulmuş körpəsinə Məhəmməd Peyğəmbərin və onun ailə üzvlərinin adını verənlərə 100 min rubl (təxminən 2200 AZN) pul mükafatı veriləcək.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı Çeçenistanın birinci prezidenti Axmat Kadırov adına yaradılmış fond ödəyəcək.

Bildirilib ki, mükafat oktyabrın 29-u gecə övladı doğulacaq şəxslərə şamil olunacaq.