Ermənilərin mülki əhaliyə TERROR HÜCUMU: 7 AİLƏ YOX EDİLDİ

30 Oktyabr 2020 14:57 (UTC+04:00)

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə tamamilə məhv olub.

Publika.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.

K.Əliyev həmçinin vurğulayıb ki, hücumlar nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda 7, Bərdədə 27, Füzulidə 3, Beyləqanda 2, Ağcabədidə 1 mülki şəxs həlak olub.