Rus sülhməramlıları Qarabağa yerləşdirilə bilər? - Peskov AÇIQLADI

30 Oktyabr 2020 15:38 (UTC+04:00)

Rus sülhməramlıları Qarabağa yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə gətirilə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.

Dövlət başçısı Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları zamanı Dağlıq Qarabağdakı münaqişə zonasına rus sülhməramlılarını gətirməyi təklif edib-etməməsi sualına cavab verən Peskov bildirib ki, bu qayda dünyadakı bütün münaqişə zonaları üçün keçərlidir.