Masazırda 11 yaşlı yeniyetmə bıçaqlandı

1 Noyabr 2020 03:13 (UTC+04:00)

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Yeniyetmə əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. / "Report"