Əfqanıstanda terror aktı törədilib, ölənlər var

5 Noyabr 2020 00:41 (UTC+04:00)

Əfqanıstanın cənub-şərqindəki Zabul əyalətində terror aktı törədilib.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı 2 dinc sakin həlak olub, daha 1 nəfər yaralanıb.

Zabul əyalətinin qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal jurnalistlərə bildirib ki, terrorçular Şinkey rayonunun Qund kəndində yolun kənarına partlayıcı qurğu yerləşdiriblər.

Bomba mülki şəxslərin olduğu avtomobil yoldan keçərkən partlayıb.

Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.