"Bavariya" əsas rəqibinə qalib gəldi - VİDEO

8 Noyabr 2020 05:45 (UTC+04:00)

Almaniya Bundesliqasında VII turun mərkəzi görüşü Dortmund "Borussiya"sı ilə "Bavariya" arasında keçirilib.

Publika.az xəbər verir ki, "Siqnal İduna Park"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Marko Roys açıb. Lakin ilk yarının 4-cü uzatma dəqiqəsində David Alaba bərabərliyi təmin edib.

İkinci hissəyə "Bavariya" qolla başlayıb. 48-ci dəqiqədə Robert Levandovski fərqlənib. 80-ci dəqiqədə Leroy Sane fərqi artırıb. Bundan 3 dəqiqə sonra Erlinq Holann "Borussiya"nın təsəlli qolunu vurub.

Bu qələbə sayəsində "Bavariya" 18 xalla vahid liderə çevrilib. Dortmund "Borussiya"sı isə 15 xalla 2-ci yerdə qərarlaşıb.