Pakistan səfirindən QARDAŞ TƏBRİKİ - FOTO

8 Noyabr 2020 23:48 (UTC+04:00)

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Publika.az xəbər verir ki, bu barədə Səfir öz "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Mən Azərbaycan xalqını öz əzəli tarixi şəhəri Şuşanın azad olunması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin azad olunduğunu elan edib.

Congratulations to the people of Azerbaijan for liberating their historic ancestral city Shusha. @AzerbaijanMFA @azalofficial #shushaisazerbaijan

— Bilal Hayee (@BilalHayee) November 8, 2020