Ordumuzun azad etdiyi strateji yüksəkliklər - SİYAHI

9 Noyabr 2020 20:38 (UTC+04:00)

Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər arasında strateji yüksəkliklər də var.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb.

Dövlət başçısı qeyd edib ki, ordumuz Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi işğaldan azad edib.