Əsgərlərimiz Şuşa məscidində NAMAZ QILDI - VİDEO

12 Noyabr 2020 21:46 (UTC+04:00)

Azərbaycan Ordusunun əsgərləri Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində namaz qılıb.

Publika.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.

Videonu çəkən hərbçimiz “şükürlər olsun” deyərək məscidə daxil olur.