Tramp seçkiləri saxta adlandırdı

14 Noyabr 2020 06:46 (UTC+04:00)

“Əvvəllər ABŞ-dakı seçki sistemini həmişə ədalətsiz olduğunu iddia edən Demokrat Partiyasının təmsilçiləri 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra fikirlərini dəyişiblər və əksini deyirlər”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünün tvitterdəki hesabında yazıb.

“İllərdir demokratlar seçkilərin nə qədər saxta olduğunu söyləyirlər. İndi Tramp administrasiyasının 2020-ci il seçkilərini indiyədək ən təhlükəsiz seçki halına gətirməsi üçün nə qədər gözəl bir iş gördüyündən danışırlar. Əslində bu, Demokratların etdikləri xaricində doğrudur”.

O, son seçkiləri də saxtalaşdırılmış adlandırıb.