İlham Əliyev: "Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq"

17 Noyabr 2020 19:25 (UTC+04:00)

"Bizim Qələbəmiz yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də şərlə mübarizədir. Çünki biz qurub yaradan xalqıq. Xalqımız bir daha öz böyüklüyünü göstərəcək".

Publika.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev "Twitter" səhifəsində yazıb.

"Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi. Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə Prezident vurğulayıb.