Türkiyə hökuməti Azərbaycana görə TOPLANDI

17 Noyabr 2020 20:17 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hökumətin iclası keçirilir.

Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, Beştepede baş tutan toplantıda Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi əsas müzakirə mövzusudur.