Ermənistanın informasiya siyasəti: ayaq tutan yalan yerimədi

18 Noyabr 2020 17:39 (UTC+04:00)

44 günlük hərbi əməliyyatlar dövrü Ermənistanın hərbi-siyasi rəhbərliyinin və mediasının öz xalqını feyk məlumatlarla, saxtakarlıqlarla necə aldatmasını əyani şəkildə nümayiş etdirdi. İndi Nikol Paşinyan özündən başqa hamını günahlandırır, amma erməni xalqı artıq başa düşür ki, Sorosun dəstəyi ilə hakimiyyətə gələn bu adam nəinki ermənistan kimi balaca bir ölkəni, hətta öz ailəsini belə idarə etməyə qabil deylmiş. Onun həyat yoldaşı Anna Hakopyanın Dağlıq Qarabağda sevgi macarası yaşadığı haqqında şaiyələr gəzir.

İnformasiya siyasəti bütün vasitələrlə Azərbaycanın qələbəsinin inkarçılığı üzərində qurulmuşdu. Beləki, Ermənistanın media məkanını yalan və saxta məlumatlarla doldurmaq üçün müharibə bəhanəsi ilə xalqın bütün azad media qurumlarına çıxışı qapadıldı. Təbii ki, belə bir göstəriş yalnız Paşinyan trəfindən verilə bilərdi.

Bu axmaq informsiya siyasətini həyata keçirmək üçün Ermənistanda sosial media ciddi nəzarətə götürüldü, neqativ yazanların hamısı təqib və həbs edildi, bütün müxalif saytlar bağlandı, müstəqil səslər boğuldu, hakimiyyət mediası, müstəqil ekspert kimi təqdim edilən hakimiyyətyönümlü influenser davamlı olaraq cəmiyyətə feyklər ötürməyə başladılar.

İkinci Qarabağ müharibəsinin başladığı ilk genlərdən etibarən, Ermənistan Müdafiə Nazirliyinin təmsilçiləri Şuşan Stepanyan və Artsrun Ovannisyan bir ağızdan Qarabağ probleminin hərbi yolla həlinin olamdığına erməni xalqını inandırmağa çalışırdılar.

Teleqram kanallarında Baqramyan-26, Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi tipli müxtəlif feyk maşınları erməni xalqını mümkün olduqca həqiqətdən kənar saxladı. Bu resurslar Azərbaycan Ordusunun hər qələbəsini, şəhər, qəsəbə və kəndləri azad etməsini saxtakarlıqla ört-basdır etməyə, Ermənistan silahlı qüvvələrinin geri çəkilməyə məcbur edilməsini guya taktiki addım kimi izah etməyə çalışırdılar.

Nikol Paşinyan isə müxtəlif media qurumlarına verdiyi çoxsaylı müsahibələrində əvvəlcə iri şəhərlərimizə raket zərbələri endirəcəyi ilə bağlı Azərbaycana təhdidlər yağdırırdı, lakin Azırbaycan ordusunun cəbhədə əldə etdiyi parlaq zəfərlərinin şahidi olandan sonra, təhdid ritorikasını yalvarışa dəyişmək məcburiyyətində qaldı.

Rusiyadan gözlədiyi yardımı ala bilməyəcəyini anlayan Paşinyan artıq yeganə çıxış yolunu Qərbə yalvarmaqda görürdü. Qürur hissini tamamilə itirmiş Paşinyan Qarabağda ermənilərə qarşı azərbaycanlılarla yanaşı türk, pakistan xüsusi təyinatlılarının, eləcədə Suriya və Liviyadan olan muzdluların vuruşduğunu iddia etməyə başladı. Burada məqsəd yalnız dünya ictimaiyəti qarşısında yazıqlanmaq deyil, həm də Azırbaycan ordusunun qazandığı zəfərlərin yalnı Azərbaycan əsgrinə aid olamadığını vurğuamaq, bu yolla da ermənilərin məğlubiyyət acısını, az da olsa, yumşaltnaqdan ibarət idi.

Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatdı ki, sadə ermənilər hətta Ermənistan ordusunun Bakıya çatdığını zənn etməyə başladılar. Lakin orduya çağırılmış erməni gənci yalnız döyüş bölgələrinə gətiriləndə necə aldadıldıqlarının fərqinə varır, ən azından, çaşqınlıq keçirir və və bu da onun “ermənilərin ikinci vətəni” uğrunda göstərə biləcəyi qəhrəmanlıq əzmini yerlə yeksan edirdi. Bunun belə olduğunu isbat etməyə artıq eytiyac yoxdur, hər şey göz qabağındadır. Əsasını erməni gəncələrinin təşkil stdiyi erməni ordusu ağır məğlubiyyətə uğradı.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ Müharibəsi ərzində eydiyi bütün çıxışlarında və xarici media qurumlarına verdiyi müsahibələrində Erlmənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını ifşa etdi və belə yalanlara inanmağın hansı acı nəticələri ola biləcəyini erməni icyimaiyyətinə də göstərdi.

Elşad Əliyev