Natavanla Dado BOŞANDI

19 Noyabr 2020 07:17 (UTC+04:00)

Şou biznesin məşhur siması müğənni Natavan Həbibi boşanıb.

Publika.az xəbər verir ki, bu barədə müğənninin əri, repçi Dado özünün sosial şəbəkə hesabında yazıb və ailəsinin dağılmasına heyfsləndiyini bildirib:

"Çox heyif! Biz boşandıq".

Natavan Həbibi isə bu barədə heç bir məlumat paylaşmayıb.

Qeyd edək ki, Natavan və Dado 3 il əvvəl ailə qurub və sənətçi toyunu özəl olaraq 17.07.2017 tarixində edib. Cütlüyün bu evlilikdən Zeyd adlı bir oğlu var.