İstanbul universitetlərində əməliyyat - 39 nəfər tutuldu

21 Noyabr 2020 18:28 (UTC+04:00)

FETÖ terror təşkilatının Türkiyə universitetlərindəki şəbəkələşməsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat nəticəsində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 39 nəfər saxlanılıb. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən edilib. Saxlanılanların ünvanlarında aparılan axtarış zamanı terror təşkilatına məxsus çox sayda rəqəmsal material ələ keçirilib.

Ölkədə terror təşkilatlarının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.