Beyləqanda sex yandı - 4 avtomobil kül oldu

22 Noyabr 2020 09:31 (UTC+04:00)

Beyləqan rayonunda güclü yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Birinci Şahsevən kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altında təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və "Mercedes" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.

Avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.