Bakıda AĞIR QƏZA: Ölən və yaralanan var

22 Noyabr 2020 23:49 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili vurub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə vəfat edib.

Faktla bağlı araşdırma aparılır, / "Report"