Bakının məşhur bazarı köçürülür - FOTO

24 Noyabr 2020 15:52 (UTC+04:00)

Bakının məşhur "Təzə bazar"ı köçürülür.

Artıq bazarın köçürülməsinə başlanılıb. "Təzə bazar"ın köçürüldüyü ərazi isə Dəmir Yolu Vağzalının yaxınlığında yeni tikilmiş yaşayış binasının altında yerləşir.

"Təzə bazar"ın əvvəl yerləşdiyi ərazidə nə olacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, 2000-ci ilədək dövlətin mülkiyyətində olan “Təzə Bazar” səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. (trend)