"Qalatasaray" şəhidimizin səs yazısını paylaşdı - VİDEO

24 Noyabr 2020 21:48 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" futbol klubu komandanın azarkeşi olmuş Vətən müharibəsi şəhidi Murad Məmmədovun səs yazısını yayımlayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” hesabında paylaşım edilib.

"Futbol sevgisi deyil bu, “Qalatasaray” sevgisidir. Bu da bitəcək bir şey deyil, mənimlə məzara qədər gedəcək", - deyə şəhidimiz söyləyib.