Putin BU TARİXDƏ bütün suallara AYDINLIQ GƏTİRƏCƏK

27 Noyabr 2020 13:32 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransının tarixi açıqlanıb.

Publika.az xəbər verir ki, Kreml konfransın 17 dekabr tarixində video formatında keçiriləcəyini bildirib.

Qeyd olunub ki, dövlət başçısı Novo-Oqarevodakı malikanəsindən jurnalistlərlə onlayn təmas qurması planlaşdırılır. Xarici mətbuat nümayəndələri isə Dünya Ticarət Mərkəzindəki salonda olacaqlar. Yerli mətbuat orqanları üçünsə hər əyalətdə özəl şərait yaradılacaq.

Zümrüd