Ürəyində qəlpə olan qazimiz nişanlandı - VİDEO

28 Noyabr 2020 13:29 (UTC+04:00)

İkinci Qarabağ Müharibəsində ağır yaralanan və ürəyinə yaxın məsafədə qəlpə olan 20 yaşlı qazimiz Elçin Səmədov sevdiyi qıza qovuşub.

Publika.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb.

Görüntülərdə Elçinin sevdiyi qızın anası artıq onunla görüşərək qızının "həri"sini verdiyi əks olunub.

Qeyd edək ki, qazimiz gələn həftə əməliyyat olunması üçün Bakıya gətiriləcək.

Xatırladaq ki, “Gilan Holdinq”in Elçinə Qəbələdə 3 otaqlı ev hədiyyə etdiyi barədə məlumatlar yayılıb. Qazimizin sağlamlığına tezliklə qovuşması üçün biznesleydi Ruhi Əliyeva da hərəkətə keçib.

ALLAH ŞƏFA VERSİN!