Paşinyanı İFŞA ETDİLƏR: "Əvvəlki kimi yalan danışır"

30 Noyabr 2020 02:42 (UTC+04:00)

Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan ölkənin baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində bugünkü iki yazısı ilə əlaqədar bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə ermənistan mediası məlumat yayıb.

Koçaryanın ofisinin rəhbəri bildirib ki, Baş nazir əvvəlki kimi xalqı aldadır.

"Paşinyanın bugünkü iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm", - o sosial şəbəkədə yazıb.