Bakıda faciəvi şəkildə ölən 23 yaşlı Yeganənin FOTOLARI

30 Noyabr 2020 16:54 (UTC+04:00)

Ötən gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədovanın həlak olması, digər tələbə İlkin Ağamirzəyevin isə ağır yaralanması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Ağcabədi rayon sakini olan 23 yaşlı Yeganə Məmmədov bir neçə ay əvvəl çox təsirli status yazıbmış. O qeyd edib:

"Darıxmışam, işləməyən fəvvarənin başına mənasızca fırlanmaq üçün, çıxarkən perojkini biz bişirmişcəsinə üzərimizdə qoxu saxlayan əsasın bufeti, heç vaxt yer tapmayıb ayaqüstü yediyimiz “fizkim”, “anat” bufetləri, aramıza yeni qatılan cücüyəbənzər kolluq, “xanım bu lift tələbələr üçündür” ilə başlayan lift davaları, mallda oturarkən zəng edən müəllimə “qrup yoldaşımız zəhərlənib semaşkoda mədəsini yuduzdururuq” bəhanələri, günlük ən azı 10 km kafedradan kafedraya qaçmaq (yoxluğunda kökəlmişəm) üçün, bir sözlə darıxmışam ATU".

Qeyd edək ki, dünyasını dəyişən Tuncay Məmmədov və Sahil Mustafazadə ATU-nun V kurs tələbələri, Yeganə Məmmədova isə Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs tələbəsidir.

Faciəvi hadisədə ölən Yeganə Məmmədovanın bəzi fotolarını təqdim edirik.