ƏSA Teatrından növbəti videoçarx - Təşəkkür edirik!

1 Dekabr 2020 10:44 (UTC+04:00)

Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

Publika.az xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə, Ali Baş Komandanımıza, şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə təşəkkür edərək, qələbə sevincini bölüşüb.