Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

1 Dekabr 2020 14:08 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Laçının işğaldan azad edilməsi münasibətilə paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

"Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!".