Sülhməramlılar üçün təminat vasitələrinin gətirilməsi davam edir - FOTO

1 Dekabr 2020 18:12 (UTC+04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.