Bakı şəhər Baş Polis İdarəsində YENİ TƏYİNAT

2 Dekabr 2020 12:03 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.