Akardan Qarabağla bağlı AÇIQLAMA: türk və rus generallar...

2 Dekabr 2020 15:34 (UTC+04:00)

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin inzibati binasının tikintisi aparılır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, tezliklə mərkəz istifadəyə veriləcək və nəzarət prosesi başlayacaq: "Çox qısa müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcək".

Akar qeyd edib ki, Azərbaycan həm meydanda, həm də masada əhəmiyyətli uğur əldə etdi: "Azərbaycanla Ermənistan arasındakı atəşkəsin tətbiqinə nəzarət və monitorinq məqsədilə 11 noyabrda Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə video-konfrans vasitəsilə razılaşma imzaladıq. Nazir müavinimiz bunun texniki detallarını həmkarı ilə görüşərək nəticələndirdi. Bizim oradakı müşahidə mərkəzinin təşəkkülü üçün yazılı olaraq heç bir maneə qalmayıb. Türk və rus generallı da birgə işləyəcək.

Bununla birlikdə bizim azərbaycanlı qardaşlarımızla təlim, tədris mövzusundakı işlərimiz davam edir. Sonuna qədər azərbaycanlı qardaşlarımızın haqlı davalarında yanında olmağa davam edəcəyik. Bundan kimsənin şübhəsi olmasın".

Zümrüd