Daha 9 COVID-19 xəstəsinə cinayət işi açıldı

5 Dekabr 2020 11:27 (UTC+04:00)

Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər:

"Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb".