Əsgərlərimiz Şuşadan salam göndərdi - VİDEO

6 Dekabr 2020 12:00 (UTC+04:00)

Vətən müharibəsinin qəhrəmanları olan əsgərlərimiz işğaldan azad edilmiş ərazilərdə qələbə sevincini davam etdirirlər.

Publika.az xəbər verir ki, onlar sevinclərini müxtəlif videolar çəkərək göstərirlər.

Belə videolardan biri Şuşada çəkilib. Bir qrup Azərbaycan əsgəri doğulduqları regionlara, dostlarına salam yollayıblar.

Daha sonra isə onlar birlikdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.