Azərbaycan və Ermənistan XİN rəhbərləri nə zaman görüşəcək? - AÇIQLANDI

7 Dekabr 2020 17:34 (UTC+04:00)

ATƏT-in Minsk Qrupu həmsədrləri yaxın gələcəkdə Dağlıq Qarabağa səfər edəcək.

Publika.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyan bunu Rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə brifinqdə bəyan edib.

O bildirib ki, bu səfər gələcək məsləhətləşmələrin təməlini qoymalıdır: “Qarabağla bağlı hərtərəfli danışıqlar münaqişə zonasında vəziyyət sabitləşdikdən sonra başlayacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın gələcəkdə bölgəyə səfərini, habelə vasitəçilər və xarici işlər nazirləri (Ermənistan və Azərbaycan - red.) arasındakı məsləhətləşmələrin başlanmasını səbirsizliklə gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlaması üçün zəmin hazırlamaq mümkün olacaq”.

Zümrüd