Koçaryan: "Azərbaycanla diplomatik münasibətlər qurulmalıdır"

9 Dekabr 2020 00:31 (UTC+04:00)

Ermənistan Parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Komissiyasının sədri Andranik Koçaryan Azərbaycanla dialoqa başlamaq lazım olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

“Həm döyüş meydanında, həm mənəvi, həm də psixoloji olaraq məğlub olduq. Nə qədər çətin olsa da, qalib gələn tərəflə dialoqa başlamağa cəhd etməliyik. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişdirəcək”, - deyə A.Koçaryan bildirib.