ABŞ ordusunda dəhşət: 20 yaşlı əsgərə təcavüz edildi və...

9 Dekabr 2020 09:51 (UTC+04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin Texasdakı “Fort Hood” bazasında təcavüz və cinayət qalmaqalı yaşanır.

Publika.az xəbər verir ki, 20 yaşlı Vanessa Quillen adlı əsgərin ona təcavüz olunduğunu etiraf etməsindən sonra öldürülməsinin ardınca açılan istintaq işi yekunlaşıb.

Quru Qüvvələrinin baş katibi Rayn Makkarti istintaqla bağlı açıqlamasında aralarında general, süvari komandanı və çavuş olmaqla, 14 hərbi vəzifəli şəxsin vəzifəsindən uzaqlaşdırıldığını, təcavüz məsələsində isə böyük laqeydliyin yaşandığını bildirib.

Qeyd edib ki, bazadakı şərait və mədəniyyətin bu cür hadisələrin yaşanması üçün uyğun olduğu aşkarlanıb.

Xatırladaq ki, “Fort Hood”da son zamanlarda intihar və ölüm hadisələri artmaqdadır.

2016-cı ildən bu yana bazada 70 intihar, 7 cinayət, ümumilikdə 150 əsgərin ölümü qeydə alınıb.

Zümrüd