Qonaq getdiyi evdən oğurluq etdi

1 Avqust 2014 12:46 (UTC+04:00)

Kişi qonaq getdiyi evdən pul və qızıl-zinyət əşyaları oğurlayıb.

Hadisə Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Xəzər Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, hadisəni törədən Cəlilabad rayon sakini, 33 yaşlı Valeh Əzizov tutulub.

İstintaqa ifadə verən V.Əzizov bildirib ki, zərərərçəkən Kazım Hüseynovla uzun müddətdir ki, bir-birini tanıyırlar. O, V.Əzizovu evinə qonaq çağıraraq yeyib içiblər. Sonra isə V.Əzizov K.Hüseynovun başının qarışıq olmasından istifadə edib zərərçəkənin evindən 1300 manat pul və qızıl-zinyət əşyaları oğurlayıb.

V.Əzizov peşman oluğunu və oğurluq cinayətini içkili olduğu üçün törətdiyini bildirib.

V.Əzizov barəsində Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb. Onun digər cinayətlərdə iştirakı araşdırılır.

Simnarə