Vətən müharibəsi şəhidlərindən 54-ü peşəkar idmançı olub

13 Dekabr 2020 04:29 (UTC+04:00)

Vətən müharibəsində 478 idmançımız döyüşüb.

Publika.az xəbər verir ki, bu barədə "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev feysbuk səhifəsində yazıb.

478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb. Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan 1-i yaralanıb.

Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq!