"Liverpul" səfərdə xal itirdi

14 Dekabr 2020 01:41 (UTC+04:00)

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, “Kreyven Kottedc” stadionunda “Fulhem” klubu Premyer Liqanın iddialı komandası sayılan “Liverpul” komandasını qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı meydan sahibləri 25-ci dəqiqədə açıblar. Bobbi Rid fərqlənib.

Birinci hissə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində hesabı bərabərləşdirmək üçün irəli atılan "Liverpul" matçın 79-cu dəqiqəsində qol vurmağa nail olub.

Hakimin təyin etdiyi penaltini Məhəmməd Salah dəqiq yerinə yetirib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu nəticədən sonra xal ehtiyatını 26-ya çatdıran “Liverpul” turnir cədvəlində eyni xala malik "Tottenhem" ilə birinci və ikinci yerləri bölüşür. “Kristal Palas” isə 8 xalla 17-ci yerdə qərarlaşıb.

Növbəti turda “Fulhem" öz meydanında "Brayton"nı, "Liverpul" isə "Tottenhem"i qəbul edəcək.