Ondan xəbər var

1 Avqust 2014 14:25 (UTC+04:00)

Kolumbiya ilə görüşdə zədələnən “Barselona”nın və Braziliya yığmasının futbolçusu Neymar müalicə prosesi haqda məlumat verib.

Publik.az xəbər verir ki, o “Barsa”nın oyunlarına qədər hazır olacağını deyib:

“Yavaş-yavaş sağalıram. “Barselona”nın oyunlarına qədər 100 faiz hazır olacam. Uğurlu mövsüm keçirib yoldaşlarımla birlikdə titullar qazanmaq istəyirəm.

Eyni zamanda Braziliya millisinə də yardım etməyə çalışacam. İnanıram ki, avqustun 18-də “Qamper” kubokunda iştirak edə biləcəm”.

Aygün İlqarqızı