İspan radiosunda Qarabağla bağlı veriliş yayımlanıb

21 Dekabr 2020 17:16 (UTC+04:00)

İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Asossiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın məşhur COPE Espana radiosuna müsahibə verib.

Publika.az xəbər verir ki, müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük işlər gördüyünü, gələcəkdə buranın ciddi turizm mərkəzinə çevriləcəyini vurğulayıb. İspan turistləri gələcəkdə Azərbaycanın gözəl guşələrindən olan Dağlıq Qatrabağa dəvət edib.

Jurnalistin Qarabağ münaqişəsi haqqında sualını cavablandıran F.Mustafayev Ermənistanın işğalçı siyasəti nəticəsində problemin 30 ilə yaxın bir müddətdə davam etrdiyini bildirib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladan F.Mustafayev Ermənistanın beynəlxalq hüquq normalarını heçə sayaraq buna əməl etmədiyini diqqətə çatdırıb. O, deyib ki, Azərbaycan sülh tərəfdarıdır, uzun illər erməni işğaçılarının sülh yolu ilə Azərbaycan torpaqlarını tərk etməsi üçün danışıqlar prosesini davam etdirib. Amma Ermənistan danışıqlar prosesini pozaraq Qarabağın Ermənistan ərazisi olduğunu deyib. Bundan sonra Azərbaycana hücum edib. Əks hücum əməliyyatlarına başlayan Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bununla da Azərbaycan ordusunun nə qədər qüdrətli olduğunu bütün dünyaya göstərib.

F.Mustafayev bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq quruculuq işlərinə başlayıb. Azərbaycanın ayrılmaz tarixi ərazisi olan Dağlıq Qarabağın turizm potensialından danışan F.Mustafayev bu barədə ispan dinləyicilərə geniş məlumat verib.