İŞİD rus silahlarıyla azyaşlı uşaqlara təlim keçir – Video

2 Avqust 2014 08:20 (UTC+04:00)

İŞİD terror təşkilatı azyaşlı uşaqların silahla olan görüntülərini yayıb.

Axar.az xəbər verir ki, azyaşlı uşaqları göz görə-görə ölümə verən terrorçular onlara avtomat silahlarla müxtəlif hərəkətlər etmə, silahın sökülüb-yığılması və silahla davranma qaydalarını öyədir.

Qeyd edək ki, ən maraqlısı, terrorçuların azyaşlı uşaqlara verdiyi silahın markasıdır. Görüntülərdə silahların Rusiya istehsalı olan “Kalaşnikov” avtomatı olduğu açıq-aydın görünür.