Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə etdi - FOTO

26 Dekabr 2020 15:46 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin cənab Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.