Koronavirusun yeni növü İspaniyada tapıldı

26 Dekabr 2020 19:00 (UTC+04:00)

Yeni növ koronavirusun İngiltərədə mutasiyaya uğrayan və daha sürətlə yayılan növü İspaniyada da tapılıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, paytaxt Madriddə 4 yoluxma halı qeydə alınıb.

Məlumata görə, ölkədə peyvəndləmə prosesi sabah başlayır.

Bildirilir ki, yeni virusa yoluxan şəxslərdən biri Londondan gəlib. Digər 3 nəfər isə həmin şəxslə ünsiyyətdə olanlardır.